"Kəpəz"in baş məşqçisi: "Bəzi futbolçularla danışıqlar davam edir"
"Kəpəz"in baş məşqçisi Adil Şükürov komandanın son durumu və yay hazırlıq planı ilə bağlı klubun Mətbuat xidmətinə açıqlama verib.
"Report"un xəbərinə görə, mütəxəssis hazırda bəzi oyunçularla danışıqlar apardıqlarını söyləyib.
"Komandada olan bəzi oyunçularla danışıqlarımız davam edir. Hansısa irəliləyiş olsa, "Kəpəz" azarkeşlərinə məlumat verəcək. Bu arada kollektivə yeni futbolçular da cəlb etməyə səy göstəririk. Çalışırıq transfer məsələsində yanılmayaq. Amma biz futbolçuların əvvəlki komandalarda oyunlarını izləyirik.
Heyətə cəlb etmək istədiyimiz oyunçular var. Yekun qərar qəvul etdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək", - o bildirib.
Baş məşqçi qərb təmsilçisinin hazırlıq planı barəsində də danışıb:
"İyunun 30-da komanda Gəncədə hazırlığa start verəcək. Bilirsiniz ki, klubun Məşq Mərkəzində ideal şərait var. Meydançaların, bazanın vəziyyəti orada məşq keçməyimiz üçün çox uyğundur. Fitnes zalı lazımı avadanlıqlarla təhciz olunub. Futbolçunun hərtərəfli hazırlaşması üçün müvafiq imkanlar var.
10 günlük ilk hazırlıq mərhələsini ikitərəfli oyunla başa vuracağıq. Bir gün fasilə edib hazırlığın ikinci mərhələsinə start veriləcək. Bu mərhələdə beş yoldaşlıq oyunu planlaşdırırıq. Təlim-məşq toplanışı ölkə daxilində olacaq".
A.Şükürov "sarı-göylər"in 5 yoxlama matçında qüvvəsini sınayacağını deyib:
"Hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcəyik ki, bu matçların vaxtı məlumdur. 16, 21, 26, 31 iyul və 5 avqustda meydana çıxacağıq. Yoldaşlıq görüşləri oynayacağımız komandalar barəsində məlumat qarşıdakı günlərdə veriləcək".
O, artıq məşqçilər korpusunda yer alacaq mütəxəssislərin dəqiqləşdiyini vurğulayıb:
"Məşqçilər korpusu müəyyənləşib. Köməkçi məşqçilər İlyas Qurbanov, Zaur Əsədov, analitik məşqçi Elmir Hüseynov olacaq. Qapıçılar ilə Vüqar Məmmədov işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi yəqin ki, ölkə xaricindən dəvət ediləcək".
Oxşar xəbərlər
Adil Şükürov: "Bizi "Kəpəz"lə qarşıda böyük işlər gözləyir"
"Kəpəz"in sabiq baş məşqçisi: "Əmin idim ki, komanda Premyer Liqanı tərk etməyəcək"
"Kəpəz"in baş məşqçisi: "Adil Şükürovla mənim futbol düşüncələrim fərqlidir"
"Kəpəz"in baş məşqçisi: "Heyətimiz elə də geniş deyil"
"Kəpəz"in sabiq baş məşqçisi: "Elə bilirlər ki, yerli mütəxəssislərin "sehrli çubuğ"u var" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












