
UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçında üçüncü qol vurulub - YENİLƏNİB

UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçında üçüncü qol vurulub - YENİLƏNİB
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçında üçüncü qol vurulub.
Macarıstan klubu hesabda önə keçib.
52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.
***20:48
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçında hesab bərabərləşib.
"Fehervar"dan Tobias Kristensen Sumqayıt təmsilçisinin qapısına yol tapıb -1:1.
Meydan sahiblərindən Murad Xaçayev isə qırmızı vərəqə ilə cəzalanıb.
***20:31
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutan "Sumqayıt" "Fehervar"la matçda hesabı açıb.
Sumqayıt təmsilçisinin heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib.
***20:02
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçı start götürüb.
Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşün baş hakimi Florian Latadır (Albaniya).