Klublararası Dünya Çempionatı TVNET SPORT kanalında yayımlanacaq
Bu yayın ən möhtəşəm futbol bayramı - Klublararası Dünya Çempionatı FIFA 2025 Azərbaycanda rəsmi olaraq 4 kanalda ortaq yayımla göstəriləcək.
Bu, ATV, ARB, TVNET SPORT VƏ SPORT TV kanalları olacaq.
Tamaşaçılar çempionatın bütün görüşlərini (63 oyun) SPORT TV və TVNET SPORT kanalları vasitəsi ilə, saat 23.00-da olan oyunlarını isə ATV və ARB kanallarında izləyə biləcəklər.
İyunun 15-dən iyulun 13-dək ABŞ-nin 11 şəhərindəki 12 stadionunda təşkil olunacaq futbol üzrə klublararası dünya çempionatının bütün görüşlərini öz şərhçilərimizin təqdimatında bir ay ərzində bu 4 kanal vasitəsilə canlı izləmək imkanınız olacaq. Odur ki, yaxın bir ay ərzində ilk dəfə olaraq yeni formatda keçiriləcək bu möhtəşəm futbol həyəcanını qaçırmayın!
TVNET SPORT və SPORT TV kanallarını TVNET platformasında və seçilmiş tv operatorlarda izləyə bilərsiniz.
Kommersiya obyektləri(HORECA) üçün bütün yayım hüquqları ADRESCON şirkətinə məxsusdur.
Oxşar xəbərlər
La Liqada bu sezonun son "El-Klasiko"su TVNET SPORT kanalında
FIFA klublararası dünya çempionatında komanda sayının artırılmasını istəyir
FIFA klublararası dünya çempionatının yeni loqosunu təqdim edib
Azərbaycan Basketbol Liqasının oyunları iki telekanalda yayımlanacaq
Azərbaycan karateçiləri dünya çempionatında dörd medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













