Fransada Olimpiada zamanı terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb
Fransanın cənub-qərbindəki Jironde departamentinin polisi Paris Olimpiadası zamanı terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
“Report”un məlumatına görə, bu barədə RMC radiostansiyası Fransa Milli Antiterror Prokurorluğuna (PNAT) istinadən məlumat verib.
“18 yaşlı gənc Jironde departamentində saxlanılıb”, - məlumatda deyilir.
Saxlanılan şəxs terrorçu qruplaşmada iştirakda şübhəli bilinir. Qeyd olunur ki, o, sosial şəbəkələrdəki mesajlarında xüsusən də idman yarışları zamanı cinayət əməlləri törətmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 2024-cü il Olimpiadasının açılış mərasimi ilk dəfə olaraq stadiondan kənarda keçiriləcək, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək. Potensial təhlükə riskinin yüksək olduğu nəzərə alınaraq, açılış mərasimində tamaşaçıların sayının 600 mindən 326 min nəfərə endirilməsi qərara alınıb. Yarış zamanı təhlükəsizliyi təxminən 45 min fransız polisi və jandarması, həmçinin 20 min hərbçi təmin edəcək.
Oxşar xəbərlər
Fransa 4 340 nəfərə olimpiadada iştirak etməyə qadağa qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa polisi bir ailənin 5 üzvünü öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə İstanbulda törədilmiş terror aktı ilə bağlı 48 nəfəri həbs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yamaykalı idmançı internet probleminə görə Paris-2024-dən kənarda qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












