Mahir Məmmədov: "Göstərilən etimadı doğrultmağa çalışacağam"
Yenidən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti seçilən Mahir Məmmədov göstərilən etimadı doğrultmağa çalışacaq.
"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə hesabat-seçki konfransından sonra jurnalistlərə açıqlamasında bildirib.
Funksioner AŞF-nin üzvlərinə onu seçdikləri üçün təşəkkür edib:
"Konfransda çox vacib məsələlərə baxıldı. 2024-2025-ci illərin hesabatı dinlənildi. 2025-ci ilin büdcəsi təsdiqləndi. Vacib məsələlərdən biri də qurumun nizamnaməsində dəyişikliklərin edilməsi oldu. Vitse-prezidentlərin sayı, işin həcmi nəzərə alınaraq 2-dən 3-ə çatdırıldı. Faiq Həsənov, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov vitse-prezident seçildilər. Bundan əlavə, yeni İcraiyyə Komitəsi təsdiq olundu. Çox işçi heyəti formalaşdı. Qarşımızda duran vəzifələri icra etməyə başlayacağıq".
O, Seymur Talıbovun İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmasına da münasibət bildirib:
"Onun Azərbaycan şahmatına verdiyi töhfələr barəsində danışdıq. Uzun illər məhsuldar işinə görə minnətdarlığımızı bildirdik. Bu münasibətlə ona federasiya adından plaket verdik".
Oxşar xəbərlər
Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Azərbaycanın Macarıstandakı səfiri FIDE-nin vitse-prezidentini qəbul edib
“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı başlayıb
Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
