Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib
sizinxeber.az xəbər saytı

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib


Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

"Sizinxeber.az" xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı, digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.

Oxşar xəbərlər

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
Bakıda stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vurulub
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər