AQİNF rəsmisi: “Vladimir Litvintsev ABŞ-dəki dünya çempionatında çox gözəl çıxış etdi”
Vladimir Litvintsev ABŞ-dəki dünya çempionatında çox gözəl çıxış etdi.
Bunu “Report”a açıqlamasında Qış İdmanı Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsevin 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmasına münasibət bildirərkən deyib.
AQİNF rəsmisi digər fiqurlu konkisürən Nərgiz Süleymanovanın da eyni uğura imza atacağına ümid etdiklərini bildirib.
“Vladimir Litvintsevin Qış Olimpiya Oyunlarına vəsiqə qazanması üçün çox çalışırdıq. Həm Vladimir öz üzərində işləyirdi, həm də biz ona dəstək göstərirdik. Təbii ki, daha yüksək nəticə əldə edə bilərdi. Buna baxmayaraq, çox gözəl çıxış etdi. Nərgiz Süleymanovanın isə lisenziya üçün 0.01 xalı çatmadı. Buna baxmayaraq, Nərgiz sentyabrın 17-21-i aralığında Pekində keçiriləcək beynəlxalq yarışda gücünü sınayacaq və ümidvarıq ki, lisenziya qazana biləcək. Digər idmançılarla bağlı, təəssüf ki, proqnoz verə bilmirik”.
Qeyd edək ki, V.Litvintsev lisenziyanı ABŞ-nin Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında qazanıb.
Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.


width="220" alt="Azərbaycan fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />