Azərbaycan fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bu barədə "Report"a Qış İdman Növləri Federasiyasından bildirilib.
O, bu uğura ABŞ-nin Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.
İdmançı qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 nəfər arasında 15-ci yeri tutaraq olimpiadada iştirak hüququ əldə edib.
Yarışda çıxış edən Azərbaycanın digər təmsilçilərindən Nərgiz Süleymanova, həmçinin Samanta Ritter - Daniel Brikalov buzüstü rəqs cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında 16-cı yeri tutub
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə beşinci yeri tutub
Azərbaycanlı fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb
Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında gümüş medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













