Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar


Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.

"Sizinxeber.az"un məlumatına görə, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.

Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafatçılar sırasına düşüb. Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub.

Bundan əlavə, dörd yeniyetmə gimnast finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.

Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycanın dörd bədii gimnastı Bakıdakı yarışda finala vəsiqə qazanıb
Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
Azərbaycan gimnastları Gimnaziadada ikinci və üçüncü yerləri tutublar
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər