sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın dörd bədii gimnastı Bakıdakı yarışda finala vəsiqə qazanıb
Azərbaycanın dörd gənc bədii gimnastı Bakı keçirilən “AGF Trophy” beynəlxalq turnirində finala vəsiqə qazanıb.
"Sizinxeber.az"un məlumatına görə, onlar halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsindən sonra buna nail olublar.
Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə həlledici raundda mübarizə aparacaqlar.
Bu gün böyüklər iki növdə çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə çoxnövçülükdə beş halqa ilə bacarıqlarını göstərəcəklər.
Turnirə martın 30-da yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar
Azərbaycan gimnastı “Challenge” seriyasına aid Dünya Kubokunda finala vəsiqə qazanıb
Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
