Paris-2024: 100-dən çox idmançı medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıb
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat əldə edən 100-dən çox idmançı qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıblar.
"Sizinxeber.az" “La Lettre” nəşrinə istinadən xəbər verir ki, medalları hazırlayan Paris Sikkəxanasının rəhbərliyi artıq 3 aparıcı mütəxəssisi işdən çıxarıb.
Daha əvvəl Paris-2024-də bürünc medal qazanan ABŞ-li skeytbordçu Nayca Hyuston və fransalı üzgüçü Maksim Qrusse medalların keyfiyyətsiz olmasından şikayətlənmişdilər. Buna yarışdan iki həftə sonra adıçəkilən idmançıların medallarının çatlaması və üz qabığının soyulması səbəb olmuşdu.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust, Paralimpiya Oyunları isə 28 avqust - 8 sentyabr aralığında təşkil olunub.
Oxşar xəbərlər
Fransalı üzgüçülər Paris olimpiadasının medallarının keyfiyyətindən şikayətləniblər
Paris Yay Paralimpiya Oyunlarında ilk dəfə transgender idmançı mübarizə aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
