Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar
Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.
“Sizinxeber.az”un məlumatına görə, ilk gündə Azərbaycan millisinin 9 cüdoçusu mübarizə aparıb.
Onlardan 3-ü mükafatçılar sırasına düşüb. Turan Bayramov (60 kq) yarımfinalda məğlub olsa da, turniri bürünc medalla tamamlamağı bacarıb.
66 kq çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, gümüş medala yiyələnib. Kamran Süleymanov isə bürünc mükafatçı olub.
Digər cüdoçular Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) medal qazana bilməyiblər.
Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan yığması Qran-priyə 16 cüdoçu ilə yollanıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Qran-priyə 11 cüdoçu ilə yollanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Zaqreb Open”: Azərbaycanın 3 güləşçisi ilk gündə bürünc medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Zaqreb Open”: Azərbaycan millisinin 3 güləşçisi medal qazana bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maks Ferstappen Bakı Qran-prisində öz çıxışından razı qalmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












