sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Zaqreb Open”: Azərbaycan millisinin 3 güləşçisi medal qazana bilməyib
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
“Report”un məlumatına görə, bu gün sərbəst güləşçilər çıxışlarını başa vurub, qadınlar isə mübarizəyə başlayıblar.
Azərbaycan millisinin daha iki sərbəst güləşçisi xalça üzərinə çıxıb. 125 kq çəkidə çıxış edən Georgi Meşvildişvili və Vaxit Qalayev uğursuz nəticə ilə yadda qalıblar.
Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) 1/4 finalda rəqibinə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, ötən gün çıxış edən 7 sərbəst güləşçidən 3-ü - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
“Zaqreb Open”: Azərbaycanın 3 güləşçisi ilk gündə bürünc medal qazanıb
Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib
Güləş Federasiyası Eldəniz Əzizlinin “Zaqreb Open”ə qatılmamasına aydınlıq gətirib
Azərbaycan millisinin voleybolçusu Vyetnam klubu ilə vidalaşıb
Dövlət Departamenti: Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













