Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
Latviyada taekvondo üzrə Riqa açıq birinciliyi keçirilib. G-1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu alınıb.
"Report" xəbər verir ki, gənclərdən ibarət komanda “Riqa Open”i 13 medalla başa vurub.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (51 kq), Fuad Məhərləmli (55 kq) və Elcan Əliyev (78 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) yarışda ikinci yeri tutublar.
Digər taekvondoçularımızdan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Harun Salmanzadə (51 kq), Ziya Həsənli (59 kq), Hüseyn Xudiyev (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, komanda Bakıya sentyabrın 16-da qayıdacaq.
Oxşar xəbərlər
Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib
Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
