Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
Latviyada taekvondo üzrə Riqa açıq birinciliyi keçirilib.
APA xəbər verir ki, G-1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu alınıb.
Gənclərdən ibarət komandamız “Riqa Open”i 13 medalla başa vurub.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (51 kq), Fuad Məhərləmli (55 kq) və Elcan Əliyev (78 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) yarışda ikinci yeri tutublar.
Digər taekvondoçularımızdan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Harun Salmanzadə (51 kq), Ziya Həsənli (59 kq), Hüseyn Xudiyev (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, komanda Bakıya sentyabrın 16-da qayıdacaq.
Oxşar xəbərlər
Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Yay Paralimpiya Oyunlarında qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
Paris-2024: Azərbaycan boksçusu olimpiadada gümüş medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
