Bu gün Mingəçevir şəhərində "Kürü keçək?!" adlı yarış təşkil olunacaq
Bu gün Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı təşkil olunacaq.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Kür çayının iki sahili arasında gerçəkləşəcək yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) gerçəkləşib. Mingəçevir şəhərində, Kür çayında növbəti dəfə keçiriləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.
Oxşar xəbərlər
Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı keçiriləcək
Paris Olimpiadasında açıq suda üzgüçülük məşqləri ləğv edilib
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












