Azərbaycan millisinin baş məşqçisi: Onur Quluzadənin Fransada üçüncü olması çox gözəl nəticədir
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: Onur Quluzadənin Fransada üçüncü olması çox gözəl nəticədir


Onur Quluzadənin Fransada üçüncü olması çox gözəl nəticədir. Yağmur Məmmədlidən də medal gözləyirdik.

Bunu “Report”a açıqlamasında Azərbaycanın stolüstü tennis üzrə həm qadın, həm də kişilərdən ibarət millisinin baş məşqçisi Fərhad İsmayılov deyib.

Mütəxəssis stolüstü tennisçilər Onur Quluzadə və Yağmur Məmmədlinin Fransada keçirilən “Euro Mini Champs” turnirindəki çıxışlarını dəyərləndirib:

“Əlbəttə, nəticə gözləyirdik. Amma burada yarışın formatı bir qədər fərqlidir. 128 idmançı müxtəlif qruplara bölünərək 4 dəfə təsnifatda oynadı. Daha sonra onların arasından ən yaxşı 32 nəfər seçildi. İdmançılarımız da həmin 32 nəfərin arasında yer aldı. 1/16 finalda uduzanlar 17-ci yerdən yuxarı qalxa bilmirlər. Yağmur 1/8 finalda rumıniyalı rəqibinə uduzdu. Daha sonra bir qələbə və iki məğlubiyyətlə 12-ci yeri tutdu. Kiçik Avropa birinciliyi olmasına baxmayaraq, Yaponiyadan olan idmançılar da iştirak edirdilər. Yağmurun da nəticəsinin yaxşı olduğunu düşünürük”.

O, yarışın çox çətin olduğunu nəzərə çatdırıb:

“Onur və Yağmur 2011 təvəllüdlülər arasında ən yaxşı idmançılarımızdır. “Eurotalents” proqramına daxildirlər. Çox çətin yarışdır. Əvvəllər belə turnir yox idi. Keçən ildən Avropa birinciliyi keçirməyə başlayıblar. Bu da 13 yaşlı idmançılar arasında kiçik Avropa birinciliyi sayılır. Onlar üçün təcrübə oldu. İnanırıq ki, gələcəkdə daha mötəbər yarışlarda sözlərini deyəcəklər”.

Qeyd edək ki, Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində Onur Quluzadə bürünc medal qazanıb. Yağmur Məmmədli isə 12-ci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycanın stolüstü tennisçiləri Fransada təlim-məşq toplanışına qatılacaqlar
Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edirlər
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle