Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb


Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurlu çıxış edib.

Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə 2011-2012 təvəllüdlü 128 idmançı arasında yarışan idmaçımız təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.

1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı həmkarına uduzub. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək bürünc medal qazanıb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə, 96 iştirakçı arasında 12-ci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edirlər
Azərbaycanın stolüstü tennisçiləri Fransada təlim-məşq toplanışına qatılacaqlar
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
Avropa çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi medal qazanıb, 4-ü “bürünc” uğrunda yarışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle