Azərbaycan boksçusu: Finala çıxmaq üçün əlimdən gələni etdim
Finala çıxmaq üçün əlimdən gələni etdim.
"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə bunu Azərbaycanın boksçusu Alfonso Dominqes Paris-2024-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini bildirərkən deyib.
Boksçu qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb:
"Çox gərgin döyüş keçdi. Finaldan gözləntilərim qızıl medaldır. Əsasən "ikinci nömrə" ilə çıxış edən boksçuyam. İlk gündən məhz belə işləmişəm. Gözləyirəm ki, rəqib üzərimə gəlsin və zərbələrdən yayınım. Bu gün də belə etdim və qələbə qazandım. Şəxsi kateqoriyam 86 kq çəki dərəcəsidir. İndi döyüşdüyüm kateqoriyada yeniyəm. Paris-2024-də mənim yarışdığım kateqoriya olmadığına görə 92 kq çəki dərəcəsində döyüşürəm. Məsuliyyət var, əlimdən gələni edəcəm ki, finalda qızıl medal qazanım".
Qeyd edək ki, A.Dominqes yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanmaqla finala yüksəlib. Həlledici qarşılaşma avqustun 9-da baş tutacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəlib
Paris-2024: Azərbaycan boksçusu 1/4 finala adlayıb
Bürünc medalı təmin edən boksçu: Azərbaycan himnini Parisdə səsləndirmək istəyirəm
Paris-2024: Azərbaycan boksçusu finala yüksəlib
Paris-2024: Azərbaycan boksçusu finala yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













