Azərbaycanın Skopye-2025-dəki bayraqdarları müəyyənləşib
Azərbaycanın XVIII Avropa Gənclər Yay Olimpiya Festivalındakı bayraqdarları müəyyənləşib.
"Report" xəbər verir ki, iyulun 20-də Şimali Makedoniyanın paytaxtı Skopyedəki Yan Sandanski İdman Mərkəzində keçiriləcək mərasimdə üçrəngli bayrağımızı cüdoçu Zeyd Ələsgərov (-60 kq) və taekvondoçu Humay Dadaşova (49 kq) daşıyacaq. Zeyd Ələsgərov cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi, Humay Dadaşova isə taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibidir.
Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.
Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Oxşar xəbərlər
MOK-un nümayəndəsi EYOF-un missiya rəhbərlərinin görüşündə iştirak edib
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
EYOF-da iştirak edəcək Azərbaycan idmançıları Şimali Makedoniyaya yola düşüblər
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











