Avropa çempionatının finalında erməni boksçunu məğlub edən azərbaycanlı: "Döyüşə çox yaxşı hazırlaşmışdım" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2025
12:30

Avropa çempionatının finalında erməni boksçunu məğlub edən azərbaycanlı: "Döyüşə çox yaxşı hazırlaşmışdım"

16 iy, 2025
12:30
477

Avropa çempionatının finalında erməni boksçunu məğlub edən azərbaycanlı: "Döyüşə çox yaxşı hazırlaşmışdım"

Azərbaycan boksçusu Əminə Tağı Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalında ermənistanlı Amest Afrikyanla döyüşə çox yaxşı hazırlaşıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu finalda ermənini məğlub edərək qızıl medala yiyələnən idmançı Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı açıqlamasında, erməni boksçu il görüşə çox yaxşı hazırlaşdığını bildirib:

“Avropa birinciliyinə çox yaxşı hazırlaşmışdım. Təlim-məşq toplanışlarında istər milli, istərsə də şəxsi məşqçimlə çox əziyyət çəkmişdik və şükürlər olsun ki, bunun bəhrəsini gördük”.

50 kq-da qitənin ən güclüsü adına yiyələnən 15 yaşlı boksçu qələbəsini dəyərləndirib. O bildirib ki, yarışa yollananda hədəfi qızıl medal olub: “Avropa birinciliyi mənim üçün uğurlu alındı. Özümə və bacarığıma arxayın idim. Yarımfinalda slovakiyalı Dominika Vnukova ilə qarşılaşdım və görüşdə tam üstünlüklə qalib gəldim. Finalda rəqibim erməni Amest Afrikyan oldu. Həmin döyüşdə başa düşürdüm ki, necə olursa-olsun, qalib gəlməliyəm. Həlledici qarşılaşmaya çox yaxşı hazırlaşmışdım. Məşqçilərim və ailəm görüş öncəsi əla motivasiya vermişdilər. Bunun da nəticəsində rinqdə inamlı mübarizə apardım və mənim üçün vacib olan qələbə qazandım. Sevincliyəm, mükafatlandırma da arenada deyil, şəhərin mərkəzində oldu. Novi Pazarda Azərbaycan himnini səsləndirdiyim üçün sevincimin həddi-hüdudu yoxdur”.

Əminə Tağı ən böyük hədəfini açıqlayıb:

"Ən böyük hədəfim Olimpiya Oyunlarında uğur qazanmaqdır. İndi etdiyim bütün məşqlər və əziyyətlər 4 illiyin möhtəşəm yarışana hesablanıb”.

Qeyd edək ki, Azərbaycanın qız boksçuları Avropa birinciliyində 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Bizimlə əlaqə saxlayın