İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində iyulun 2-10-u aralığında təşkil edilən beynəlxalq təlim-məşq toplanışına yekun vurulub.
Azərbaycanın paralimpiya çempionu Taekvondo Təbliğat Fondu tərəfindən təlim-təşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib və ona iştirak sertifikatı ilə yanaşı, xüsusi xatirə hədiyyəsi təqdim olunub.
Toplanışı başa vuran digər parataekvondoçularımız - Sabir Zeynalov və Orxan Cəfərova da müvafiq olaraq iştirak sertifikatı verilib.
Oxşar xəbərlər
Azərbaycanın parataekvondoçuları beynəlxalq təlim-məşq toplanışına qatılıblar
Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
İmaməddin Xəlilov “İlin ən yaxşı parataekvondoçusu” seçilib
Azərbaycan millisinin Türkiyədəki təlim-məşq toplanışına yekun vurulub
Dünyada ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin Xəlilov Vətənə dönüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











