Azərbaycanda 200-dən çox ahıl şəxs sosial xidmət müəssisəsində yaşayır - RƏSMİ
sizinxeber.az xəbər saytı

Azərbaycanda 200-dən çox ahıl şəxs sosial xidmət müəssisəsində yaşayır - RƏSMİ


Azərbaycanda hazırda ahıllar üçün sosial xidmət müəssisəsində 222 ahıl şəxs yaşayır.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Belə ki, onlardan 124-ü kişi, 98-i qadındır.

Qeyd edək ki, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisədə stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir.

Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Ahıllara sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.

Oxşar xəbərlər

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 216 şəxs dövlət himayəsində yaşayır
Agentlik: Hazırda 329 ahıl ər-arvad evdə sosial-məişət xidməti ilə təmin edilir
Ahıllar evinin sakinləri tamaşa təqdim ediblər
Agentlik: Ötən il çətin həyat şəraitində yaşayan 45 nəfərə xidmət göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər