Vüsal Aslanov: "Metroda ekskalatorların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır"
2024-cü ildə Bakı metrosunda ekskalatorlar 2 845 dəfə dayandırılıb və bunun cəmi 13 %-nin səbəbi istehsalatla bağlı olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirib.
"Ötən il biz 229-230 milyon sərnişin daşımışıq. Bu qədər insanın təhlükəsizliyini təmin etmək bizim üçün ən mühüm məsələlərdəndir. Bu istiqamətində tədbirlərimizi davam etdirəcəyik. Eyni zamanda sərnişinlərin də bir az daha məsuliyyətli davranmasını arzu edirik. Metroda 115 ekskalator var və onların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır. Təəssüf ki, bunun da yarısı heç bir səbəb olmadan sərnişinlərin düymələrə basması nəticəsində olub. Bu, sərnişinlərdə narahatlıq və çaşqınlıq yaradır, metronun fəaliyyətini pozur. Eyni zamanda, qatar qapılarına müdaxilə edilməsi, düşən sərnişinlərə yol verilməməsi kimi hallar fəaliyyətimizə mənfi təsir göstərir. Sərnişinlərdən xahiş edirik ki, texniki təhlükəsizlik qaydalarına riayət etsinlər", - deyə o qeyd edib.
"İnzibati Xətalar Məcəlləsində eskalatordan istifadə ilə bağlı məsuliyyət tədbirləri də var. Sürahini çıxarmaq, onun üzərinə əşya qoymaq, “Stop” açarını zərurət olmadan işə salmağa görə cərimələr nəzərdə tutulub", - deyə sədr əlavə edib.
Oxşar xəbərlər
"Bakı Metropoliteni": Platforma qapılarının tətbiqi imkanları öyrəniləcək
Bakı metrosunda yubanma yaranıb
Bakı metrosunda qatarların hərəkətində 11 dəqiqə yubanma olub
Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb
Bakı Metropoliteni: Qatarların hərəkəti ləngiyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
