Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.
Axar.az xəbər verir ki, diametri 450 mm olan magistral xətdə aparılacaq qəza-bərpa işləri ilə əlaqədar olaraq mayın 7-si saat 00:00-dan etibarən şəhərin bir sıra küçə və yaşayış massivlərində gün ərzində suyun verilməsində məhdudiyyət tətbiq ediləcək.
Su kəsintisi M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələri, həmçinin 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.
Qəzanın aradan qaldırılmasından sonra su təchizatının bərpası təmin olunacaq.
Oxşar xəbərlər
Naxçıvanda su xəttində qəza baş verib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Naxçıvanın bəzi yerlərində bu gün su olmayacaq
Naxçıvanın bəzi yerlərində su kəsiləcək
Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli su olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

