DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) fərdi mobil vasitələrdən istifadə edən şəxslərə çağırış ünvanlayıb.
Bu barədə Sizinxeber.Az-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, Bakının müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.
Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasına bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır), piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət, işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi, gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət, azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması kimi hallar daxildir.
“Sadalanan qayda pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq, yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik. Bir daha xatırladaq ki, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər”,- məlumatda vurğulanıb.
Oxşar xəbərlər
DYP skuterlə hərəkət edənlərə xəbərdarlıq edib
Yol polisi moped və skuter sürücülərinə müraciət edib
DYP skuter, moped və velosiped sürücülərinə çağırış edib
BDYPİ sürücülərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
