Bayram günlərində suyun kəsilməməsi üçün... - ADSEA
sizinxeber.az xəbər saytı

Bayram günlərində suyun kəsilməməsi üçün... - ADSEA


Ramazan və Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əhalinin içməli su təchizatında fasilələrin yaranmaması üçün bütün zəruri tədbirlər görüləcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Su Təchizatı QSC-dən bildirilib.

Məlumata görə, qarşıdan gələn bayram günləri ilə əlaqədar qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təşkil olunacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.


Oxşar xəbərlər

ADSEA: Bayram günlərində suyun kəsilməməsi üçün bütün tədbirlər görüləcək
RİNN bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
DYP: Bayram günlərində bəzi idarə və şöbələr fasiləsiz fəaliyyət göstərəcək
ADY Ramazan və Novruz bayramlarında gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər