ADSEA: Bayram günlərində suyun kəsilməməsi üçün bütün tədbirlər görüləcək
Ramazan və Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əhalinin içməli su təchizatında fasilələrin yaranmaması üçün bütün zəruri tədbirlər görüləcək.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.
Məlumata görə, qarşıdan gələn bayram günləri ilə əlaqədar qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təşkil olunacaq.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
RİNN bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
DYP: Bayram günlərində bəzi idarə və şöbələr fasiləsiz fəaliyyət göstərəcək
ADY Ramazan və Novruz bayramlarında gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
