Həbsdən azad etdirmək və biznes vədi ilə 72 min manatı ələ keçirən şəxs saxlanılıb
Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22 200 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40 000 manat, digəri isə 6000 ABŞ dolları olmaqla ümumilikdə 72 400 manat dəyərində vəsaiti ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ahıl qadına oğlunu həbsdən azad etdirmək adı ilə 22 min manat dələduzluq edilib
Lənkəranda dələduzluq edən şəxs saxlanılıb
İşə düzəltmək, təqaüd bərpa etmək adı ilə 89 min manata yaxın pulu ələ keçirən şəxslər saxlanılıb
Oğuzda dələduzluq edən şəxs saxlanılıb
Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən sayt rəhbəri həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











