Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO
sizinxeber.az xəbər saytı

Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO


Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda iki minik avtomobili toqquşub, ər və arvad xəsarət alıb
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO
Lənkəranda toya gedən qonaqlar qəzaya düşüb, xəsarət alanlar var - FOTO
Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle