Bakıda yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
15:50

Bakıda yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO - VİDEO

07 in, 2025
15:50
968

Bakıda yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Xəbərə video əlavə olunub.

***

15.31

Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

15.26

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 7-də, saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", məlumatda deyilir.

Günay Elşən

***

15.13

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Böyük Şor gölü yaxınlığında qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, "Mercedes" və "Volskwagen" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın