Biləsuvar - Bəhrəmtəpə yolunda qəzada 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Biləsuvar - Bəhrəmtəpə yolunda qəzada 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-1



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Aranlı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2107" markalı minik avtomobili ilə "OPEL” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən "OPEL” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər sərnişin xilas edilib, "VAZ-2107" markalı minik avtomobilindən isə bir nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yol-nəqliyyat qəzası zamanı üç nəfər həyatını itirib, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

12.02

Biləsuvarda yol qəzasında 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X. Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.

***

10.46

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar- Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Arazbarı kəndində qeydə alınıb.

"VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Şəmkirdə yol qəzası olub, sıxılı vəziyyətdə qalan sürücü xilas edilib - VİDEO
Tovuzda ağır qəza baş verib, 6 nəfər ölüb - FOTO - YENİLƏNİB
Sabirabadda yol qəzası olub, xəsarət alan var
İmişlidə yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle