İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində yanacaqdaşıyan avtomobilin aşması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Qəza nəticəsində mümkün yanğın-partlayış hadisəsinin qarşısının alınması məqsədilə yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
17.43
İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.
Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili idaretməni itirərək yoldan çıxıb və aşıb.
Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












