Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
05.06.2025-ci il tarixində saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.
Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.
***
09.20
Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.
Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.
Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə azyaşlı xəstəxanada ölüb
Gəncədə 7 yaşlı uşağın ölüm səbəbi bəlli olub - YENİLƏNİB
Gəncədə 7 yaşlı uşaq xəstəxanada ölüb
Gəncədə 4 yaşlı uşağın xəstəxanada ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













