Gəncədə 7 yaşlı uşağın  ölüm səbəbi bəlli olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə 7 yaşlı uşağın ölüm səbəbi bəlli olub - YENİLƏNİB


Dünən saat 23 radələrində 7 yaşlı şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq saat 03:20 radələrində ölüm faktı qeydə alınıb.

***

08:34

Gəncədə azyaşlı xəstəzanada vəfat edib.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabelyində olan Uşaq Xəstəxanasında baş verib.

Belə ki şəhər sakini 2018-ci il təvəllüdlü Ə. Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq azyaşılının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə 7 yaşlı Ə.Abbasov serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.

Azyaşlının ölümü ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə 7 yaşlı uşaq xəstəxanada ölüb
Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncədə 4 yaşlı uşağın xəstəxanada ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle