sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cəlilabad toyda döyülən şəxs bir neçə gün sonra ölüb
Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən dava ölümə səbəb olub.
"Report"un Muğan bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy mərasimində həmkəndlisi olan iki qardaş tərəfindən döyülüb.
Daha sonra Q.Yusubov xəstəxanaya aparılıb. Lakin işləri ilə əlaqədar olaraq xəstəxanada qalmaqdan imtina edib və evinə qayıdıb. Bu gün onun səhhəti getdikcə pisləşib.
O, yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
İmişlidə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tələbə olub - TƏFƏRRÜAT - YENİLƏNİB
FHN: Biləsuvarda ölən şəxs nazirliyin əməkdaşı deyil - YENİLƏNİB-2
Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib
Cəlilabadda 37 yaşlı kişi qətlə yetirilib
Biləsuvarda FHN-in əməkdaşının ölümünün bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











