Biləsuvarda FHN-in əməkdaşının ölümünün bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda FHN-in əməkdaşı hündürlükdən yıxılaraq ölüb
Bakı sakini Biləsuvarda dəm qazından boğulub
Biləsuvardakı yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













