FHN: Biləsuvarda ölən şəxs nazirliyin əməkdaşı deyil - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

FHN: Biləsuvarda ölən şəxs nazirliyin əməkdaşı deyil - YENİLƏNİB-2


Biləsuvar rayonunun Arazbarı kəndində yerləşən soyuducu anbara baxış keçirən zaman yıxılaraq ölən şəxs - 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edildiyi mütəxəssis olub.

Bu barədə FHN-dən "Sizinxeber.az"un sorğusna cavab olaraq bildirilib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

20:12

Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:32

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda FHN-in əməkdaşının ölümünün bəzi təfərrüatları məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda FHN-in əməkdaşı hündürlükdən yıxılaraq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvardakı yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər