Gəncədə qudaların davası ağır xəsarətlərlə nəticələnib
sizinxeber.az xəbər saytı

Gəncədə qudaların davası ağır xəsarətlərlə nəticələnib


Gəncənin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1980-ci il təvəllüdlü Ə.Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı A.Əlişanova və 2005-ci il təvəllüdlü övladı A.Əlişanov isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, ana və övlad balta xəsarətləri alıblar. Ə.Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.

İlkin ehtimala görə, mübahisə ailədaxili narazılıq zəminində yaranıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib
Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb
Samuxda ağır qəza, 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb
Yevlaxda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - FOTO
Şəmkirdə baş verən davada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər