Samuxda ağır qəza, 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Samuxda ağır qəza, 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb


Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Gəncədən İmamzadə ziyarətgahına gedən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011" ilə "VAZ 21015" markalı minik avtomobilləri toqquşub.

Qəzadan sonra "VAZ 21011" yolun kənarına düşüb. Nəticədə "VAZ 21011"-in sürücüsü 1986-cı il təvəllüdlü E.İsmayılov, onun həyat yoldaşı 1997-ci il təvəllüdlü N.Tanrıverdiyeva onların övladları 2008-ci il təvəllüdlü S.İsmayılov və 2023-cü il təvəllüdlü D.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. İlkin ehtimala görə qəzaya səbəb avtomobilərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Samuxda yük və minik maşınları toqquşub, ölən var
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle