Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
02 
in
2025
16:50

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı saxlanılıb

02 in, 2025
16:50
696

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı saxlanılıb

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam еtdirilir. May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.

Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın