Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkib
Azərbaycanda səfərdə olan Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanların cəza çəkdiyi müəssisədə olub.
“Report” xəbər verir ki, Enis Yavuz Yıldırım qadın cəzaçəkmə müəssisəsində yaradılmış “Ən tez” xidməti, məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş otaqlar, çörək, xalça və tikiş sexləri, görüş otaqları, yeniyetmə məhkumlar üçün idman zalı, dərs otaqları, rəsm dərnəyi, saxlanma kameraları və s. ilə tanış olub.
Türkiyə rəsmisi tanış olduqları müəssisələrdə yaradılmış müasir infrastrukturun məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əyani təzahürü olduğunu bildirib, ölkələrimiz arasında cəza-icra sahəsində əməkdaşlığın məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına töhfə verəcəyini qeyd edib.
Oxşar xəbərlər
Xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur
Cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar üçün tədbir keçirilib
10 saylı cəzaçəkmə müəssisəsində səsvermə keçirilir
Azərbaycan həbsxanalarında ömürlük cəza çəkən 14 əcnəbi var - RƏSMİ
Naxçıvan Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












