sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lənkəranda mağazada partlayış olub ,satıcı xəsarət alıb
Lənkəranda mağazada partlayış olub, xəsarət alan var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib.
İlkin ehtimala görə partlayışa səbəb soyuduculardan birinin balonundan qaz sızması olub.
Partlayış zamanı mağazada olan satıcı Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt üzrə araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
Lənkəranda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
Lənkəranda yol qəzası olub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
