

Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
APA xəbər verir ki, terrorçuluğu maliyyələşdirməkdə və digər cinayət əməllərini törətməkdə təqsirləndirilən Əliyev Yusif Sultan oğlunun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə yekun məhkəmə prosesi keçirilib.
Məhkəmənin hökmü
Hökmə əsasən, Yusif Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barəsində həbs qətimkan tədbirinin seçildiyi məlum olub.
“Telegram” və “WhatsApp”da toplanan pulla beynəlxalq terror təşkilatını maliyyələşdirmək
Yusif Əliyevə elan edilmiş ittihamda onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürdüyü bildirilir. Habelə onun dini radikalizm və dini fanatizmlə əlaqədar digər cinayət əməlləri müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 167-3.1 ( dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 283.1-1 ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilir.
Oxşar xəbərlər
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Bakıda idmançı xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə ittiham edilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
