Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb


Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.

Bu barədə "Sizinxeber.az"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırma aparılır.

R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Oxşar xəbərlər

Müharibə iştirakçılarına qarşı 60 min manatlıq dələduzluq edilib, özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxs tutulub - VİDEO
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb
Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadaraq dələduzluq edən şəxs saxlanılıb
Ağsuda ev təmir etmək adı ilə dələduzluq edərək vətəndaşları aldadan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər