Bakının məşhur gecə klubunda DAVA
sizinxeber.az xəbər saytı

Bakının məşhur gecə klubunda DAVA




Bakının Nərimanov rayonunda yerləşən "Oliqarx Baku" restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb.

Sizinxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb.

Hadisə isə bu ilin fevralında baş verib.

Məhkəmədə verilən ifadələrdən məlum olub ki, müştərinin masasına hesab göndərilib. Müştəri isə indiyədək əyləşdiyi restoranların heç birində hesab ödəmədiyini bildirib. Bundan sonra mübahisə yaranıb. Daha sonra Həsən restoranın dəhlizində "Oliqarx Baku"nun icarədarına zərbələr endirib.

Zərərçəkmiş şəxs məhkəməyə videokonfrans vasitəsilə qoşularaq ona ziyan vurmuş müştəridən şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, "Oliqarx Baku" həm də gecə klubu kimi tanınır.

Sizinxeber.az

Oxşar xəbərlər

Bakıda gecə klubunda dəhşətli hadisə - Müştəri tikişi sökülən köynəyini dəyişmək üçün... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qalmaqallı direktor işdən çıxarıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Juninyonun qol vurduqdan sonra jest etdiyi Əli kimdir? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda 40 qəpik üstündə dava DÜŞDÜ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda arvadından ayrılan kişi anasını öldürdü - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər