Bakıda gecə klubunda dəhşətli hadisə - Müştəri tikişi sökülən köynəyini dəyişmək üçün...
- 20-01-2024, 18:07
- Cəmiyyət
- 0
- 1 886
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gecə klublarından birində müştərini döyən barmenə hökm oxunub.
Sizinxeber.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, dava müştərinin klubun içərisində, barın arxa hissəsindəki otaqda köynək dəyişməsi üstündə baş verib.
Belə ki, Əkbər adlı müştəri tikişi sökülən köynəyini dəyişmək üçün klubun ofisiantından yer istəyib. Ofisiant onu barın arxa hissəsindəki otağa istiqamətləndirib.
Əkbər köynəyini dəyişərkən klubda barmen işləyən 2000-ci il təvəllüdlü Orxan Cəfərov (soyad şərti) əsəbi halda ondan otaqda nə iş gördüyünü soruşub. Əkbər isə əsəbi halda ona köynəyini dəyişdiyini və bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.
Orxan Cəfərov müştərini döyərək sifətin sağ yarısının şişkinlik halında əzilməsi, ağzın sağ yarısının selikli qişa səthinin qansızması və əzilmiş yarası ilə müşayiət olunan sağlamlığına zərər vurub.
Hadisədən sonra Orxan Cəfərov saxlanılıb və məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


width="220" alt="Bakıda 20 yaşlı gəncə dostu 6 bıçaq zərbəsi vurub" />
width="220" alt="“Ramil yuxuda dedi ki, iti gətir, onunla sağollaşmalıyam” - Video" />
width="220" alt="Azərbaycanda bank işçiləri vətəndaşlara niyə tez-tez zəng edirlər?" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />