Bakıda arvadından ayrılan kişi anasını öldürdü - VİDEO
Qaradağ rayonunun Ümid qəsəbəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınan qətlin təfərrüatı məlum olub.
Məlumata görə, aralarında yaranan mübahisə zamanı 1991-ci il təvəllüdlü Kamran Şükürzadə anası 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanı bıçaqlayıb.
Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qohumunun sözlərinə görə, ana ilə oğul tez-tez mübahisə edirlərmiş:
"Gəlinimiz idi. Hadisə baş verən vaxt işdə olmuşuq. Zəng gəldi ki, belə bir hadisə olub. Aralarında dava olurdu, eşidirdik. Ancaq inanmazdıq ki, belə bir işə əl ata bilər. Oğlan ailəli idi, 2 uşağı var idi. Həyat yoldaşından boşanıb. Yəqin ki, bu hadisə də ona görə baş verib. Psixi vəziyyəti yaxşı olmayıb, başı çönüb, kimisə günahkar axtarıb".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb
Şəmkirdə kişi həyat yoldaşını bıçaqladı
16 yaşında ərə gedən qadının kirayə qaldığı evdə qanını tökdülər: Ər arvadına 33 bıçaq zərbəsi vurdu - VİDEO
Bakıda tanışını bıçaqlayan şəxs saxlanıldı
Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













