Gömrük postunda xarici valyuta qaçaqmalçılığının qarşısı alınıb - FOTO
Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sizinxeber.az-ya verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 000 000 (səkkiz milyon) rus rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İrandan Rusiyaya gedən maşında 97 kq narkotik tapılıb - FOTO
Gömrük nəzarətindən gizlədilən 24 000 siqaret aşkarlanıb
Gömrük nəzarətindən gizlədilən 24 min siqaret aşkarlanıb
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
