DYP kənd təsərrüfatı texnikalarının magistrallarda hərəkətinə dair müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı texnikalarının avtomagistrallarda hərəkətinə dair açıqlama yayıb.
İdarədən APA-ya verilən məlumata görə, açıqlamada deyilir:
"Son vaxtlar kənd təsərrüfatı texnikalarının avtomagistrallarda, eləcə də 5.3 “Avtomobil üçün yol” nişanı ilə işarələnmiş yollarda idarə edilməsi hallarına tez-tez rast gəlinir. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan yollar yalnız müəyyən texniki göstəricilərə malik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Konstruktiv xüsusiyyətlərinə görə saatda 50 kilometrdən az sürət yığa bilən, aqrar təyinatlı nəqliyyat vasitələrinin belə yollar üzrə hərəkəti qanunvericiliklə qadağandır. Bu cür halların yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaratdığını nəzərə alaraq, kənd təsərrüfatı texnikalarının yalnız icazə verilmiş yollarla hərəkət etməsi və ya xüsusi nəqliyyat vasitələri ilə daşınması tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə, texniki göstəricilərinə görə avtomagistrallarda hərəkəti qadağan olunmuş nəqliyyat vasitələrini bu yollarla idarə etməməyə çağırır. Aşkarlanacaq hüquq pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək".
Oxşar xəbərlər
DYP kənd təsərrüfatında tələblərə cavab verməyən texnikalarla bağlı müraciət edib
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
DYP səfərdən dönən hərəkət iştirakçılarına müraciət edib
DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
